Bazar, 28 Aprel

"Ukraynadakı məqsədlərimizə hələ çatmamışıq" - Putin

image

Ukraynadakı məqsədlərimizə hələ çatmamışıq. 

Xəbər verilir ki, bunu Rusiya prezidenti Vladimir Putin telejurnalist Taker Karlsona müsahibəsində deyib.

Onun sözlərinə görə, məqsədlərdən biri dövlətsizləşdirmə, yəni bütün neonasist hərəkatlarının qadağan edilməsidir: "Bizim anlayışımızda dövlətsizləşdirmə budur: həyatda bu nəzəriyyə və praktikanı saxlayan insanlardan qurtulmaq lazımdır".

Rusiya lideri əlavə edib ki, bu məsələ İstanbulda Ukrayna nümayəndə heyəti ilə danışıqlar zamanı müzakirə olunub: "Bu, keçən ilin əvvəlində İstanbulda başa çatan danışıqlar prosesi zamanı müzakirə etdiyimiz məsələlərdən biridir. O proses bizim təşəbbüsümüzlə başa çatmadı, çünki xüsusilə avropalılar bizə bildirdilər ki, sənədlərin yekun imzalanması üçün şəraitin yaradılması mütləqdir. Fransadan və Almaniyadan olan həmkarlarım deyirdilər ki, siz necə təsəvvür edirsiniz ki, onların başlarına silah dayayıb müqavilə imzalayırlar? Qoşunları Kiyevdən çıxarmaq lazımdır. Dedim: Yaxşı. Biz qoşunlarımızı Kiyevdən çıxardıq. Qoşunlarımızı Kiyevdən çıxaran kimi ukraynalı müzakirəçilər İstanbulda əldə etdiyimiz bütün razılaşmaları dərhal pozdular və ABŞ və onun Avropadakı tərəfdarlarının köməyi ilə uzunmüddətli silahlı qarşıdurmaya hazırlaşdılar. Vəziyyət belə inkişaf edib".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39